AZ

ABŞ Dövlət Departamenti Azərbaycan-Ermənistan nizamlanmasının Vaşinqton üçün əhəmiyyətindan danışdı

Hazırkı administrasiya son günə kimi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzərində işləməyə davam edəcək.

KONKRET.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel “ABŞ-ın səyləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına gətirib çıxarmayıb. Rəsmi Vaşinqton bundan məyus olubmu?” sualını cavablandırarkən deyib.

“Biz məyusluqlara diqqət yetirməməyə çalışırıq və sadəcə işləməyə davam edirik. Katib Blinken bir müddət öncə deyib ki, bir çox məsələlərdə nəticə əldə etmək üçün uzun müddət lazımdır.  Bu məsələ bu administrasiya və dövlət katibi üçün həyati əhəmiyyət kəsb edir. Biz son günə qədər bu məsələ üzərində işləməyə davam edəcəyik”, deyə o, qeyd edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
20
konkret.az

1Mənbələr