ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Avropa İttifaqını (Aİ) ittifaq Amerikanın enerji resurslarının alışını artırmayacağı təqdirdə idxal rüsumlarının artırılması ilə hədələyib.
Siyasətçi müvafiq yazını “Truth” sosial şəbəkəsindəki səhifəsində dərc edib.
“Mən Avropa İttifaqına dedim ki, onlar ABŞ-la olan böyük kəsiri bizim neft və qazımızın geniş miqyaslı alışı hesabına doldurmalıdırlar”, - Tramp yazıb.
Avropa İttifaqı satınalmaları artırmasa, "tam tariflərlə üzləşəcək" deyə seçilmiş prezident qeyd edib.