ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsünün bir hissəsi kimi Ukrayna Silahlı Qüvvələrinə ən son yardım paketini tezliklə elan edəcək...
Poliqon xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən yazıb.
“Bayden administrasiyası Ukrayna üçün yeni silahların alınması üçün ayrılmış vəsaitdən istifadə edərək, yaxın günlərdə Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsünün (USAI) yekun paketini açıqlayacaq”, - nəşr bildirib.
Mənbələrə görə, paketə hava hücumundan müdafiə raketləri və artilleriya sursatları daxildir, lakin yardımın dəqiq məzmunu hələ açıqlanmayıb. Paketin dəyəri təxminən 1,2 milyard dollar təşkil edəcək.
Agentlik həmçinin bildirir ki, USAI çərçivəsində silah və sursat ABŞ ehtiyatlarından deyil, müdafiə sənayesindən və ya tərəfdaşlardan alınır. Bu o deməkdir ki, onun döyüş meydanına çatdırılması aylar və ya illər çəkə bilər.
Poliqon.info