Yaponiyada düyünün qiyməti noyabrda illik ifadədə 63.6% artıb ? bu, 1971-ci ildən bəri ən kəskin qiymət artımıdır. Bu barədə ?Kyodo? agentliyi Yaponiyanın İnzibati İşlər və Rabitə Nazirliyinin məlumatlarına istinadən yazıb.
Düyünün bahalaşması ilə yanaşı, düyü topları və suşi də bahalaşıb. Qəhvə (+24.9%) və şokoladın (+29,2%) qiyməti də artıb. Elektrik enerjisinin qiyməti 9.9%, qazın qiyməti isə 6.4% artıb. Noyabrda ümumi istehlak inflyasiyası 2.7% təşkil edib.
2024-cü ildə Yaponiya bir sıra təbii fəlakətlərlə üzləşib. Yanvarın 1-də yapon dənizində 1983-cü ildən bəri ən güclü zəlzələ baş verib. Nəticədə 200-dən çox insan həlak olub.
Avqustun 29-da Yaponiyada şiddətli ?Şanşan? tayfunu baş verib, tayfunun mərkəzində maksimal küləyin sürəti 250 km/saata çatıb ? bu, evləri dağıtmağa kifayət edir. Eyni zamanda bəzi ərazilərə 700 mm-dən çox yağıntı düşüb. Nəticədə dörd nəfər ölüb.