AZ

Makron diktaturasının yaratdığı REALLIQ:Fransa Azərbaycana MÖHTAC QALIR – FOTO

“Prezident İlham Əliyevin iki gün əvvəl “Rossiya 24” kanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər olduqca mühüm olmaqla yanaşı, əhəmiyyətli dərəcədə Avropada və ətraf regionda vəziyyətin necə dəyişdiyi barədə geniş mənzərə yaradıb. Prezident İlham Əliyev siyasətdə Makrona master-klass keçdi. Yeni bir ifadə işlətdi-Makron diktaturası. Dünyanın səkkizinci ən geniş yayılmış dili sayılan rus dilində verdiyi bir saatlıq maraqlı müsahibəni sanki beş dəqiqə kimi izlədim”.

Bu barədə Medianews.az-a açıqlamasında siyasi şərhçi Gülsel Səfərova bildirib.

O, Azərbaycan Prezidentindən sitat gətirərək qeyd edib ki, əvvəlki Fransa prezidentləri dövründə yaşanmayan böhran Makron administrasiyası zamanı müşahidə edilib.

Fransa Azərbaycana MÖHTAC QALIR - FOTO 2" src="https://cdn.medianews.az/2024/12/20803bccebf9f54a796245163115f555_5542242-2-370x255.jpg" sizes="(max-width: 1709px) 100vw, 1709px" srcset="//cdn.medianews.az/2024/12/20803bccebf9f54a796245163115f555_5542242-2-370x255.jpg 370w, //cdn.medianews.az/2024/12/20803bccebf9f54a796245163115f555_5542242-2-1024x706.jpg 1024w, //cdn.medianews.az/2024/12/20803bccebf9f54a796245163115f555_5542242-2-125x86.jpg 125w, //cdn.medianews.az/2024/12/20803bccebf9f54a796245163115f555_5542242-2-768x530.jpg 768w, //cdn.medianews.az/2024/12/20803bccebf9f54a796245163115f555_5542242-2.jpg 1340w" alt="Makron diktaturasının yaratdığı REALLIQ: Fransa Azərbaycana MÖHTAC QALIR - FOTO" width="1709" height="1178" data-pin-no-hover="true" />

Siyasi şərhçi, Fransa-Azərbaycan siyasi-iqtisadi münasibətlərinin son beş ilə qədər artan dinamika ilə inkişaf etməsinə də fikir yönəldib: “Uzağa getməyək. 2020-ci ilə kimi Azərbaycanda 40-dan çox fransız şirkəti fəaliyyət göstərib. Hətta xatırlayıram, 2016-cı ildə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez Bakının Cənubi Qafqazda Parisin mühüm tərəfdaşlarından olduğunu, həmçinin ölkəsinin əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirmişdi. Səfir Azərbaycanda aparılan iqtisadi islahatların xarici şirkətlər, o cümlədən Fransa şirkətləri üçün əlverişli imkanlar yaratdığını demişdi”.

Fransa Azərbaycana MÖHTAC QALIR - FOTO 3" src="https://cdn.medianews.az/2024/12/gulsel-seferova-1-371x255.jpg" sizes="(max-width: 1723px) 100vw, 1723px" srcset="//cdn.medianews.az/2024/12/gulsel-seferova-1-371x255.jpg 371w, //cdn.medianews.az/2024/12/gulsel-seferova-1-1024x705.jpg 1024w, //cdn.medianews.az/2024/12/gulsel-seferova-1-125x86.jpg 125w, //cdn.medianews.az/2024/12/gulsel-seferova-1-768x528.jpg 768w, //cdn.medianews.az/2024/12/gulsel-seferova-1.jpg 1308w" alt="Makron diktaturasının yaratdığı REALLIQ: Fransa Azərbaycana MÖHTAC QALIR - FOTO" width="1723" height="1184" data-pin-no-hover="true" />

G.Səfərova vurğulayıb ki, 2020-ci ilə qədər Azərbaycan Fransa üçün mədəniyyət layihələri və bərpa işləri üçün 1.25 milyon avrodan çox pul ayırıb: “Strasburqda gündəlik nəşr edilən “Alzasın son xəbərləri” qəzetində dərc olunmuş “Azərbaycan xeyirxahlığı” sərlövhəli məqalədə ölkənin ən qədim kilsələrindən olan Notr-Damın təmirinə yardım edilməsi üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərdiyi təşəbbüs yüksək qiymətləndirilmiş, Avropa Şurasının böyük dostu olan Azərbaycanın bu istiqamətdəki addımı təqdir olunmuşdu. Bəs Notr-Damın təmirindən sonra açılışında Makron bu barədə Azərbaycana təşəkkür bildirdimi? Xeyr. Heydər Əliyev Fondunun nəcib fəaliyyəti və Fransa xalqına dəstəyinə görə, bir kəlmə belə demədi.  Əslində belə layihələr sıraladıqca bitmir. Prezident İlham Əliyev də “Rossiya 24” kanalına verdiyi müsahibədə bildirmişdi ki, həm Ulu Öndər Heydər Əliyevin hakimiyyət gəldiyi, həm də özünün Prezident seçildiyi zaman dəvət aldığı ilk dövlət Fransa olmuşdu. Bəs nə dəyişdi?”

Fransa Azərbaycana MÖHTAC QALIR - FOTO 4" src="https://cdn.medianews.az/2024/12/c6bdf71d0023a639c1128f49a742fda7-261x255.jpg" sizes="(max-width: 1624px) 100vw, 1624px" srcset="//cdn.medianews.az/2024/12/c6bdf71d0023a639c1128f49a742fda7-261x255.jpg 261w, //cdn.medianews.az/2024/12/c6bdf71d0023a639c1128f49a742fda7-97x95.jpg 97w, //cdn.medianews.az/2024/12/c6bdf71d0023a639c1128f49a742fda7.jpg 600w" alt="Makron diktaturasının yaratdığı REALLIQ: Fransa Azərbaycana MÖHTAC QALIR - FOTO" width="1624" height="1587" data-pin-no-hover="true" />

Siyasi şərhçi deyib ki, geosiyasətdə iki dövlət arasında iqtisadi amillər nəzərə alınmaqla yanaşı, hər zaman milli maraqlar ön planda yer alır: “Makron hakimiyyətə gəldikdən sonra irqçiliyi əsas tutaraq, xaotik siyasət həyata keçirməklə 30 ilə yaxın Fransa və Azərbaycan rəhbərliyinin töhfə verdiyi siyasi-iqtisadi münasibətlərə zərbə vurdu. Fransız xalqının hər mənada üz qarasına çevrilən “lider” tarixdə ölkəsinin imicinə ziyan vuran, beynəlxalq arenada zəifləyən və diplomatik taktikaları sıfıra bərabər olan prezident kimi yadda qalacaq”.

Fransa Azərbaycana MÖHTAC QALIR - FOTO 5" src="https://cdn.medianews.az/2024/12/qafqaz3-375x250.webp" sizes="(max-width: 1607px) 100vw, 1607px" srcset="//cdn.medianews.az/2024/12/qafqaz3-375x250.webp 375w, //cdn.medianews.az/2024/12/qafqaz3-125x83.webp 125w, //cdn.medianews.az/2024/12/qafqaz3.webp 620w" alt="Makron diktaturasının yaratdığı REALLIQ: Fransa Azərbaycana MÖHTAC QALIR - FOTO" width="1607" height="1071" data-pin-no-hover="true" />

G.Səfərovanın qənaətincə, Fransada Makrondan sonra gələcək prezidentə böyük məsuliyyətlər və neqativ şərait miras qoyulacaq: “Yeni gələcək prezident Cənubi Qafqazda perspektivli münasibətlər quracaqsa, bunu Ermənistan vasitəsilə deyil, Ümumi Daxili Məhsulu 75 faizdən artıq olan, Qərblə-Şərqi birləşdirən lokomotiv layihələrin icraçısı Azərbaycanla qurması məqsədəuyğundur. Fransanın bundan sonrakı yolu Cənubi Qafqazda Azərbaycandan keçəcək. Bu reallığı Makron diktaturasının özü yaratdı. Əks halda, başqa mənzərə ilə üzləşəcək. Çünki dünyada artıq ittifaq qruplaşmalarının sayı artıb. Bu qütbləşmələr Fransanın xeyrinə deyil”.

phrase_var_article.chosen
1
3
musavat.com

4phrase_var_article.sources