Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayıb.
Marja.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı əsas faiz dərəcəsini dəyişməyərək 21% səviyyəsində saxlayıb.
Marja.az xəbər verir ki, bazarlarda Rusiya Mərkəzi Bankının əsas faizini 2 bənd artıraraq 21%-dən 23%-ə yüksəldəcəyi gözlənilirdi.
İnflyasiyanın proqnoz trayektoriyasından kənara çıxması və əhalinin inflyasiya gözləntilərinin artması Rusiya Mərkəzi Bankının faiz artıracağı ehtimalını gücləndirmuşdi.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı oktyabrın 25-də keçirilən əvvəlki iclasda faiz dərəcəsini 21%-ə qaldırıb.