Suriyada rejim devrildikdən sonra Əsəd ailəsinin adları hər yerdən silinir.
Medianews.az “TRT Haber”ə istinadən xəbər verir ki, paytaxt Dəməşqdə azad Suriyanın ikinci cümə namazı üçün Əməvi məscidinə toplaşan xalq çəkic zərbələri ilə divardakı Hafiz Əsədin adını siliblər.
Suriyalılar pilləkənləri bir-bir dırmaşaraq, kürəklərindəki yeni bayraqları ilə devrilmiş rejimin izlərini yox ediblər.