AZ

Kobaxidze hakimiyyətin “xarici agentlər” haqqında qanuna dəyişiklik etmək niyyətini təsdiqlədi

Gürcüstanın Baş naziri hakimiyyətin “xarici agentlər” haqqında qanuna dəyişiklik etmək niyyətini təsdiqləyib.

 

Kobaxidze Avropa Şurasının Alen Berse ilə görüşdən sonra mətbuata açıqlamasında hökumətin qanun layihəsi ilə bağlı müzakirələrə hər zaman açıq olduğunu qeyd edib.

 

“Biz qanunvericilik, o cümlədən “Şəffaflıq haqqında” qanunla bağlı müzakirələr apardıq. Biz müzakirəyə açıq olduğumuzu bir daha bəyan etdik. Biz müzakirəyə açıq olduğumuzu qanunun qəbulu prosesində, hətta qəbul etdikdən sonra da bildirmişik. Bir daha deyirik ki, əgər kimsə bizə bu qanunda neqativ bir şeyin olduğunu sübut etsə, əlbəttə ki, biz bu məsələləri müzakirə etməyə, o cümlədən Avropa Şurasının müvafiq strukturları ilə əməkdaşlığa hazırıq”, - Kobaxidze bildirib./APA

Tarix: 20 Dekabr 2024, 14:39   
phrase_var_article.chosen
9
2
pravda.az

3phrase_var_article.sources