AZ

Gürcüstanda etiraz aksiyaları dayanmayacaq - Zurabişvili

“Gürcüstanda etiraz aksiyaları dayanmayacaq”.

Teleqraf.com xəbər verir ki,bunu Gürcüstan prezidenti Salome Zurabişvili İtaliya parlamentində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, aksiyalarda yeni parlament seçkilərinin keçirilməsi tələb olunur və Gürcüstanın Avropa yolundan çıxmasına etiraz bildirilir.

“Gürcüstan parlamenti qeyri-legitimdir, onun təsdiqlədiyi baş nazir də legitim deyil. Bu səbəbdən onun noyabrın 28-də Avropa İttifaqı ilə danışıqlar barədə qəbul etdiyi qərara mandatı olmayıb. Gürcüstanın Avropa yolundan çıxması ölkə əhalisinin 80 faizinin iradəsinə ziddir”, - S.Zurabişvili söyləyib.


Müəllif: Cəmilə Babayeva
phrase_var_article.chosen
7
teleqraf.com

1phrase_var_article.sources