AZ

Jalə Əliyeva yazır- Mənə bu gün toxunmayın…..

Jalə Əliyeva anası haqqında şeir yazdı.

XALQ.AZ xəbər verir ki, Milli Məclisin deputatı Jalə Əliyeva sevilən şairəmiz Nurəngiz Gün haqqında şeirini sosial hesabında paylaşıb.
Həmin şeir təqdim edirik:
Mənə bu gün toxunmayın
Bu gün mən çox kədərliyəm
Anamın gözlərini
Əllərimlə qapayıb
On ildir dayandığım,
Qəhr olduğum yerdəyəm!
Məndən heç nə soruşmayın
Məni ovundurmayın…
Bəlkə bir gün keçəcəkdir
Düzələcək bu halım…
Amma indi əl vurmayın,
İmkan verin, ağlayım…

Qeyd edək ki, 2014-cü ildə Azərbaycanın sevilən şairəsi Nurəngiz Gün uzun sürən ağır xəstəlikdən vəfat edib.

 

phrase_var_article.chosen
2
xalq.az

1phrase_var_article.sources