Suriyada süqut edən Bəşar Əsəd rejiminin Siyasi Təhlükəsizlik Xidmətinin Hələbdəki idarəsində işgəncə üçün istifadə edilən vasitələrin görüntüləri yayılıb.
"AzPolitika" xəbər verir ki, bu barədə “Anadolu Ajansı” nın müxbirləri məlumat veriblər.
Xəbər agentliyinin paylaşdığı görüntülərdə idarə qapılarında məhbusların adları həkk olunmuş çoxsaylı kameralar və işgəncə alətləri insanları dəhşətə salıb. Müxbirlər təkadamlıq kameralarda tavandan asılan zəncir qandallar, qamçılar və göz üçün yapışdırıcı lentlər tapıblar.
Eyni zamanda, onlar mühafizəçilərin istifadə etdiyi sənəd qeydiyyat otaqlarında qadınların da olduğu bir çox insanın biometrik fotoşəkillərini də ortaya çıxarıblar. Videoda yemək və içki qalıqlarının olduğu da görünür. Bu isə yaxın müddətə qədər həmin yerdə bir çox insanın qaldığını sübut edir.
"AzPolitika.info"