AZ

Kobaxidze qalmaqallı qanun barədə: Müzakirələrə hazırıq

“Əgər kimsə “Xarici təsirin şəffaflığı haqqında” qanunda neqativ bir məqamın olduğunu əsaslandırarsa, təbii ki, biz bu məsələləri müzakirə etməyə hazırıq”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze brifinqdə deyib.

Onun sözlərinə görə, Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşdə hökumət bu məsələ ilə bağlı müzakirələrə açıq olduğunu bir daha bəyan edib.

Qeyd edək ki, A.Berse bu gün Tbilisidə keçirdiyi mətbuat konfransında bildirib ki, hökumət adıçəkilən qanunun məzmununun dəyişdiriləcəyini vəd edib. O qeyd edib ki, bu məqsədlə Venesiya Komissiyası daxil olmaqla Gürcüstan və Avropa Şurasının nümayəndələrindən ibarət işçi qrupu yaradılacaq.


Müəllif: Cəmilə Babayeva
phrase_var_article.chosen
6
teleqraf.com

1phrase_var_article.sources