AZ

Robert Fitso Ukrayna ilə bağlı Aİ-yə çağırış edib

"Avropa İttifaqı Ukraynadakı münaqişənin həlli üçün Çin və Braziliya ilə işləməlidir".

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fitso Aİ sammitinin yekunları üzrə çıxışı zamanı deyib.

“Aİ-nin sülh layihəsinin həyata keçirilməsində münaqişənin həllinin sülh yolu ilə bağlı çox dəqiq qərar qəbul etmiş ölkələrlə daha sıx əməkdaşlıq etməsi çox vacibdir. Bunlar Çin və Braziliyadır”, - Fitso deyib.

Fitsoya görə, Ukrayna prezidenti Volodimir Zelenski hər hansı atəşkəsi rədd edir. Slovakiyanın baş naziri vurğulayıb ki, sülh əldə etmək istəməməsi təkcə Zelenskinin deyil, həm də “Avropa Şurasının əksəriyyətinin” mövqeyidir.

QAZİLER.AZ

phrase_var_article.chosen
10
22
qaziler.az

10phrase_var_article.sources