AZ

İmkan verməməliyik ki, düşmən qüvvələr beynəlxalq imicimizi korlasın - Qüdrət Həsənquliyev

Yazını böyüt
Yazını kiçilt

“Böyük “İslam səkkizliyi”nə, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmağımız münasibətilə xalqımızı təbrik edirəm. Ölkəmiz üçün daha vacib olan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün hökuməti yubanmadan zəruri qərarlar qəbul etməyə çağırıram.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O, Avropa İttifaqının son qətnaməsini, Qərbdən gələn təzyiq və təhdidləri qətiyyətlə pisləyib. Eyni zamanda qeyd edib ki, Qərb ölkələri ilə münasibətdə yaranmış gərginliyin hansısa möcüzə nəticəsində aradan qalxacağını gözləmədən gərginliyin azaldılması istiqamətində qarşı tərəflə ciddi danışıqlar aparmalıyıq.

“Bu gün regionun böyük dövlətləri qardaş Türkiyə, Rusiya, İran kollektiv Qərb tərəfindən onlara münasibətdə təyin olunmuş sanksiyaların yumşaldılması üçün ciddi səylər göstərirlər. Təxribatçı qüvvələrin nə deyəcəyini düşünmədən, xalqımızın xoşbəxt gələcəyi üçün gərginliyin azaldılması istiqamətində atacağımız addımlar böhtan və təhdidlərlə hökuməti qıcıqlandırıb onu xalqın gözündən salacaq qeyri-populyar qərarlar qəbul etməyə təhrik etmək istəyənlərə layiqli cavab olar. İmkan verməməliyik ki, düşmən qüvvələr ölkəmizin beynəlxalq imicini korlaya bilsin”.

Q.Həsənquliyev “Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri məsuliyyətdən azad etmək səlahiyyəti verən “Amnistiya və əfvetmə haqqında qanun”u qəbul etməyi təklif edib.

phrase_var_article.chosen
9
hafta.az

1phrase_var_article.sources