"Suriyada ABŞ əsgərlərinin sayı əvvəllər açıqlanandan çoxdur".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü general-mayor Patrik Rayder deyib.
Onun sözlərinə görə, Suriyadakı ABŞ əsgərlərinin sayı 2 mindir: “Biz mütəmadi olaraq Suriyada 900 ABŞ əsgərinin olduğunu bildiririk. Lakin bu yaxınlarda bu rəqəmin daha çox olduğunu və Suriyada 2 min ABŞ əsgərinin olduğunu öyrəndik”.
Ryder əlavə edib ki, əlavə 1100 əsgər ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasında dəyişən missiya ehtiyaclarını ödəmək üçün yerləşdirilib: "Qalan 900 əsgər adətən 9-12 aya qədər davam edən uzunmüddətli təyinatlarda yer alırlar".
Tahir Şəlvəli
MİA.AZ