AZ

Almaniyada siyasi BÖHRAN: Şolts hökuməti TƏHLÜKƏDƏ

Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Bundestaqın buraxılması barədə qərarını 27 dekabrda elan edəcəyi gözlənilir.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Almaniyanın nüfuzlu "Welt" nəşri yayıb.

Analitiklər hesab edirlər ki, prezident həmçinin Kansler Olaf Şoltsun rəhbərliyi altında ölkəni azlıq hökuməti formatında idarə etməsinə icazə verməkdən də imtina edə bilər.

Lakin bu ssenarinin reallaşması siyasi ekspertlər tərəfindən çox da mümkün görünmür.

Bundestaqın buraxılması ilə bağlı qərar qəbul edilərsə, növbəti parlament seçkilərinin gələn il, 23 fevral tarixində keçirilməsi planlaşdırılır.

Bu addım Almaniya siyasi arenasında yeni bir mərhələnin başlanğıcı ola bilər.

Musavat.com

Seçilən
17
1
musavat.com

2Mənbələr