"Gürcüstan hökuməti “xarici agentlər” haqqında qanunun məzmununu dəyişdirəcəyi ilə bağlı vəd verib".
Missiya.Az xəbər verir ki, bu barədə Tbilisidə səfərdə olan Avropa Şurasının baş katibi Alen Berset keçirdiyi mətbuat konfransı zamanı məlumat verib.
Alen Berset qeyd edib ki, Gürcüstan və Avropa Şurası nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılacaq, Venesiya Komissiyası da bu prosesə cəlb olunacaq və qanunvericilikdə həyata keçirilməsi zəruri olan dəyişikliklər müəyyən ediləcək.
Daşqın HəsənovMissiya.Az