İşğaldan azad edilmiş ərazilərdə indiyə qədər neçə nəfərin nəşinin qalıqlarının tapılması açıqlanıb.
Herbiand.az xəbər verir ki, Bakıda keçirilən Cenevrə konvensiyalarının 75-ci ildönümünə həsr olunan seminarda Baş Prokurorluğun müstəntiqi Kamil Zeynalov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bu günə qədər 602 nəfərin nəşinin qalıqları tapılıb.
Müstəntiq vurğulayıb ki, onlardan 120 nəfərin şəxsiyyəti müəyyənləşib.