AZ

Rusiya ilə yeni Suriya səlahiyyətliləri güclü əlaqələr quracaq - ÖZƏL

Olaylar.az  xəbər verir ki, Çindəki Taihe İnstitutunun baş elmi işçisi Vu Yihonq Rusiyanın Suriyanın yeni hökuməti ilə yaxşı anlaşacağını ehtimal edib.

"Rusiya ilə Suriyanın yeni hökumətinin yaxşı münasibətlər saxlamaq şansı yüksəkdir.
Hər iki tərəfin kəsişən strateji maraqları var və çox güman ki, razılığa gələ bilərlər".

Vu Yihonqun sözlərinə görə, Rusiya Suriyadakı iki hərbi obyektini saxlamağa çalışacaq. O, Rusiya Hərbi Dəniz Qüvvələrinin Tartusdakı texniki xidmət və logistika qurğusunun Aralıq dənizindəki əməliyyatları üçün strateji əhəmiyyətini, Hmeymim aviabazasının isə Moskvanın Yaxın Şərq və Afrikadakı təsiri üçün əhəmiyyətini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr