AZ

Tarix Əliyev: "Qənirə Ataşova cəsarət tapıb fikir bildirdi və..."

Aparıcı-prodüser Tarix (Tolik) Əliyev jurnalist Qənirə Ataşovanın dəstəkləyib.

Teleqraf.com xəbər verir ki, Tarix Əliyev sosial media hesabında video paylaşaraq bu sözləri yazıb:

"Nə yaxşı ki Qənirə Ataşova cəsarət tapıb ölkədə bəzi cərrahlar haqqında fikirlərini bildirdi. Ən cəsarətlisi isə odur ki, Baku TV-də geniş müzakirələr apardılar. Lakin son iki aydı sükut içində olan bəzi dırnaqarası televiziyaların rəhbərləri və aparıcıları - hətta adi salamlaşmanı belə suflyorlardan oxuyurlar - indi dilə gəlib, həkimlər haqqında fikir bildirirlər. Belə aparıcılar savad diplomlarını qaynadıb başına töksün. Sosial mediada sizin verilişlərinizdə müzakirə etdiyiniz dırnaqarası qəhrəmanlardan heç kim yazmır. Ona görə də səmimi olun. Maraqlı bir fikir bildirmək istəyirsinizsə, vaxtınızı gözləməyin ki, kimdənsə icazə alıb danışasınız".


Müəllif: Rəqsanə Həsənova
phrase_var_article.chosen
15
teleqraf.com

1phrase_var_article.sources