İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ölənlərin sayı 45 206 nəfərə yüksəlib.
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 341 gündür təşkil etdiyi hücumlarla bağlı məlumat verilib.
Açıqlamada İsrail ordusunun Qəzza zolağında sutka ərzində törətdiyi hücumlar nəticəsində daha 77 fələstinlinin həyatını itirdiyi, 174 fələstinlinin isə yaralandığı bildirilib.
İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 45 206, yaralıların sayının isə 107 512 nəfərə yüksəldiyi qeyd edilib.
Dağıntılar altında hələ də minlərlə insanın olduğu, İsrail qüvvələrinin maneələri səbəbindən tibbi personalın və mülki müdafiə dəstələrinin cəsədlərin olduğu bölgəyə daxil ola bilmədiyi vurğulanıb.