AZ

Azəri-Çıraq-Günəşli neft yataqları blokunun 50% artan ehtiyatı…

Prezident İlham Əliyevin ictimailəşdirilən bəyanatlna görə, son dəyərləndirmənin nəticəsi olaraq ölkənin ən iri neft yataqları blokunun (Azəri-Çıraq-Günəşli) ehtiyatları 1,5 mlrd ton təşkil edir.

Bir

Qeyd edim ki, bundan öncəki qiymətləndirmə AÇG-dən çıxarıla biləcək neft həcmlərini təqribən 1 mlrd ton təşkil etdiyinə dəlalət edirdi.

90-cı illərin ortaslnda isə AÇG-dən çıxarıla biləcək neft ehtiyatlarınln 511 mln ton olduğu güman edilirdi.

İndi görürük ki, AÇG neft ehtiyatları əvvəlki qiymətləndirmədən 50% həddində artım edir.

Prezidentin bu açıqlaması təbii ki, siyasi bəyanatdır. Bəyanatın təsdiqini cəmiyyətə, ətraf ölkələrə və bazar iştirakçılarına sübutu isə artlq 3 qurumun vəzifəsidir:

- BP şirkəti (AÇG-nin operatoru);

- SOCAR (dövlətin maraqlarının PSA müqavilələrində təmsilçisi);

- Ekologiya və Təbii ehtiyatlar nazirliyi (təbii ehtiyatların uçotunu aparan və onların işlənməsinin AR qanunlarına uyğunluğuna cavabdeh hökumət strukturu).

İlham Şaban

visiontv.az

 



Seçilən
5
visiontv.az

1Mənbələr