Avropa İnvestisiya Bankı (EİB) Azərbaycan üzrə investisiya portfelini 7 layihə üzrə 160,5 mln. avroya çatdırıb.
Bu barədə "APA-Economics" Banka istinadən xəbər verir. Bu isə ilin əvvəli ilə müqayisədə 45,5% çoxdur. EİB-in 2024-cü il üzrə Azərbaycana ayırdığı kreditlərin həcmi isə 53 mln. avro təşkil edib. Bunun 10 mln. avroluq hissəsi maliyyəyə çıxışda çətinlik çəkən mikro, kiçik və orta müəssisələr üçün nəzərdə tutulub. EİB həmçinin, "AzInTelecom”un iki yeni Data Mərkəzinin tikintisi üçün 43 milyon avro kredit ayırıb.
Qeyd edək ki, Avropa İnvestisiya Bankının 2013-2023-cü illər üzrə Azərbaycana ayırdığı kredit həcmi 5 layihə üzrə 110 milyon avro təşkil edib.