“Qazprom” tərəfindən edilən yazılı açıqlamada, “Qazprom” prezidenti Aleksey Miller və “Lukoil”in yüksək səviyyəli rəhbərliyinin bir araya gəldiyi bildirilib.
İndex.az xəbər verir ki, görüşün nəticəsi olaraq tərəflər arasında 2025-2030-cu illəri əhatə edən strateji tərəfdaşlıq sazişi imzaladığı və şirkətlərin neft məhsullarının kəşfiyyatı, hasilatı, nəqli, təbii qazın emalı və marketinqi kimi sahələrdə əməkdaşlıq edəcəyi bildirilib.
Bəyanatda bildirilib ki, saziş çərçivəsində elmi-texniki sahələrlə yanaşı, yeni layihələrdə də birgə iş aparılacaq.