Bakı.Trend:
10 Noyabr 2020 -ci ildən bu günə qədər işğaldan azad edilmiştorpaqlarda 178,145.4 ha ərazi minalardan və partlamamışsursatlardan təmizlənib.
Bu barədə Trend-ə Azərbaycan Respublikasının MinatəmətizləməAgentliyindən məlumat verilib.
Bildirilib ki, aşkar olunmuş piyada əleyhinə mina 35,194, tankəleyhinə minaların sayı isə 21,084 ədəd olub.
"Aşkar olunmuş partlamamış hərbi sursatların sayı isə 120,233-dür. Cəmi resurslar: 2482 əməliyyat heyəti, 164 MAİ-lər və 85minatəmizləyən maşınlardır. Təmizləmə göstəricilərinin illik 65,000ha çatdırılması planlaşdırılır", deyə məlumatda qeyd edilib.