Türkiyə Suriyaya hakimiyyət institutlarının yaradılmasında və konstitusiya hazırlanmasında kömək edəcək və artıq bu məsələlərlə bağlı Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən onların lideri Əbu Məhəmməd Colani ilə məsləhətləşmələrə başlayıb.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Suriyada yeni mənzərə ortaya çıxıb. Əsədin hazırda Rusiyada olması hadisələrin nə qədər əhəmiyyətli olduğunu göstərir. Suriyadakı qardaş və bacılarımız gələcəkləri ilə bağlı öz qərarlarını verəcəklər. Çalışacağıq ki, hökumət strukturunun qurulmasında onlara kömək edək, öz təcrübəmizi onlara çatdıraq. Dövlətin bərpasında ən mühüm addımlardan biri konstitusiyanın hazırlanmasıdır. Bu mövzuda artıq Colaninin başçılıq etdiyi yeni Suriya administrasiyasının nümayəndələri ilə əlaqələr qurmuşuq”, - Ərdoğan bildirib.