AZ

Azərbaycanın futbol hakimləri qış toplanışını Türkiyədə keçəcək

Azərbaycanın futbol hakimləri qış fasiləsində Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanacaqlar.

İdman.biz xəbər verir ki, bu barədə “Report”a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli bildirib.

Qurum rəsmisi hakimlərin toplanış ərzində oyun idarə edəcəklərini də söyləyib: “Premyer Liqanın 37 hakimi yanvarın 6-dan 12-nə qədər təlim-məşq toplanışı üçün Antalyaya yollanacaqlar. Onlar toplanış müddətində oyunlar idarə edəcəklər. Bundan əlavə, təşkil olunacaq seminarlara xarici mütəxəssislər dəvət olunacaq. Seminarda köməkçi hakimlər üzrə UEFA mütəxəssisi Leyf Lindberq, VAR mütəxəssisi Kristof Dyerik, UEFA-da fiziki hazırlıq üzrə baş məşqçi Verner Helsen, UEFA konvensiyası koordinatoru Leonid Kaloşin də iştirak edəcək”.

İdman.biz

phrase_var_article.chosen
8
idman.biz

1phrase_var_article.sources