AZ

Qusar Rayon İcra Hakimiyyətinin başçısı media nümayəndələri ilə görüşüb - FOTO

Qusar
Dekabrın 19-da Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun media nümayəndələri ilə görüşü baş tutub. 1news.az xəbər verir ki, yerli media subyektlərinin nümayəndələrinin iştirakı ilə maraqlı polemika şəraitində keçən görüşdə rayonda məşğulluq, əhalinin sosial müdafiəsi, təhsil, səhiyyə kimi sahələrdə mövcud bir sıra problemlər müzakirə olunub. Həmçinin media təmsilçilərinə son aylarda Qusar rayonunda görülən və görülməsi planlaşdırılan işlər barədə məlumat verilib.
Milli mətbuatın yarandığı gündən həmişə qabaqcıl ideyaların carçısı olaraq müasir dövrün ictimai-siyasi həyatının güzgüsünə çevrildiyini, milli şüurun və yeni ideyaların formalaşmasına böyük töhfələr verdiyini vurğulayan icra başçısı Rayon İcra Hakimiyyətinin mətbuatla əməkdaşlığa həmişə açıq olduğunu qeyd edib. Qloballaşma və informasiya dövründə hər bir idarə və müəssisə, kollektivdə jurnalist-məmur arasında şəffaf, işgüzar münasibətlərin qurulmasının önəmindən danışan rayon rəhbəri görüşdə iştirak edən media nümayəndələrinə rayonun ictimai-siyasi həyatında, sosial, iqtisadi inkişafında əldə olunan uğurları, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərini, keçirilən mədəni-kütləvi tədbirləri mütəmadi olaraq işıqlandırdıqları üçün təşəkkür edib. Media təmsilçiləri də öz növbəsində onlar üçün yaradılmış şəraitə, səmimi münasibətə və göstərilən etimada görə icra başçısına öz minnətdarlıqlarını bildiriblər. İstəklərinin dövlət orqanları ilə birlikdə cəmiyyətin hərtərəfli inkişafına töhfə vermək olduğunu qeyd edərək Rayon İcra Hakimiyyəti ilə sıx əməkdaşlıq münasibətlərinin bundan sonra da davam etdiriləcəyinə inamlarını ifadə ediblər. Sonda RİH başçsısı tərəfindən jurnalistlərin sualları cavablandırılıb, təklifləri dinlənilib və xatirə şəkli çəkilib.
phrase_var_article.chosen
12
1news.az

1phrase_var_article.sources