AZ

Prezident Yaşar Əliyev və daha iki səfiri geri çağırdı

Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Digər sərəncamla Adış Məmmədov Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısı Azərbaycanın Qətərdəki fövqəladə və səlahiyyətli səfiri Mahir Məmməd oğlu Əliyevin də geri çağırılması barədə sərəncam imzalayıb.

İllham Əliyev başqa bir sərəncamla Yaşar Teymur oğlu Əliyevi Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırıb.

Seçilən
13
15
qaynarinfo.az

10Mənbələr