Belə ki, o, Şotlandiyanın elitasında çıxış edən ''Dandi Yunayted''i satın almağa yaxındı. Bunu vəkil özü açıqlayıb. Əbubəkir Elmalı bu mövsüm Türkiyənin 1-ci liqasında çıxış edən doğma məmləkətinin klubu ''Ərzurumspor''a sponsor anlaşmalarında yardım etməsi və formaları alaraq fanatlara pulsuz paylanması ilə diqqət çəkmişdi. Elmalı ''Dandi Yunayted'' rəhbərliyi ilə 20 milyon avro qarşılığında anlaşma əldə etdiklərini, yanvarda isə rəsmi imzaların atılacağını vurğulayıb. 1909-cu ildə yaradılan ''Dandi Yunayted'' iki dəfə (1980, 81) liqa kubokunu, iki dəfə (1994, 2010) kuboku qazanıbsa, bir dəfə (1983) çempion olub. Ötən il çempionşipdə çempion olaraq elitaya yüksələn komanda bu mövsüm premyerşipdə 16 oyuna topladığı 24 xalla 5-ci pillədə qərarlaşıb. Elmalı sözlərini belə tamamlayıb:
''Dandi Yunayted''in rəhbərliyinə keçdikdən sonra ''Ərzurumspor''a dost klub olmağı, yəni əməkdaşlıq müqaviləsi imzalamağı təklif edəcəm. Onlara transfer, skaut məsələlərində də yardım əli uzatmağa hazırıq. Amma Ərzurum klubunun rəhbərliyinin bu təklifə necə reaksiya verəcəyini bilmirəm''.
ƏLİ