AZ

Burunları ovularaq geri otururlar, Bakı qlobal oyunçu olur - Açıqlama

"Biz son illərdə Fransanın Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik üçün yaranmış münbit şəraitin pozulması, bölgədə gərginliyin, böhranın davam etməsi üçün davamlı olaraq pozuculuq fəaliyyəti ilə məşğul olduğunun şahidiyik. Məqsədlərinə nail olmaq üçün Fransa erməni lobbisi ilə birgə fəaliyyət göstərib Avropa təşkilatlarına və ölkələrinə təzyiq edərək bu çirkin niyyətlərini həyata keçirməyə cəhd  edirlər. Onlar bu niyyətlərini realaşdırmaq üçün beynəlxalq hüququ ayaqlar altına alaraq Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışırlar. Amma hər dəfə də cənab Prezident İlham Əliyevin cəsarətli, qətiyyətli diplomatiyası nəticəsində "burunları ovularaq" geri otuzdurulurlar".

Bunu Ölkə.Az-a açıqlamasında deputat Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycanın bu qüvvələrin bütün məkrli oyunlarını puça çıxararaq nəinki öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, beynəlxalq aləmdə qlobal problemlərin həllində ciddi oyunçu rolunu oynaması, ölkəmizi müəyyən etdiyi yoldan döndərə bilməmələri onları əməlli-başlı özlərindən çıxarır: "Və onlar nə edəcəklərini artıq bilmirlər. Bu səbəbdən də  öz məkrli planlarını həyata keçirmək, bölgədə  sabitliyi pozmaq üçün təsir dairələrində olan  Avropa strukturlarından və ölkələrdən istifadə etməyə çalışırlar. Bunun üçün onlar heç bir əsaslı arqumentə söykənməyən saxta faktlardan istifadə etməklə beynəlxalq ictimaiyyətə çaşdırmaq oylunu seçməklə Azərbaycanın daxili işlərinə kobud  surətdə müdaxilə edərək təqzyiq taktikasını seçiblər. Lakin anlamırlar ki, artıq beynəlxalq ictimaiyyət də onların bu niyyətlərinin arxasında nə dayandığını yaxşı anlayır və ciddi qəbul etmir. Ona görə də bu qüvvələrin  bütün cəhdləri cənab Prezident İlham Əliyevin əks diplomatik həmləsi nəticəsində uğursuzluğa düçar olur. Əksinə, Azərbaycan daha ciddi uğurlara imza atır", - o qeyd edib.

Deputat əlavə edib ki, Azərbaycan COP29 kimi mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi etməsinin ardınca  D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olması ölkəmizin növbəti uğurudur: "Bu bir daha onu sübut edir ki, dünyada heç bir qüvvə Azərbaycanı tutduğu yoldan döndərə bilməz. Sadəcə olaraq İsveçrə kimi ölkənin parlamentinin aşağı palatasının və Avropa Parlamentinin Azərbaycana qarşı əsassız qarayaxmalarla dolu  qəbul etdikləri sənədlər onların beynəlxalq aləmdəki nüfuzuna ciddi zərbə vurur. Əslində, Makron yürütdüyü bu cür məkrli siyasəti ilə nəinki Fransanı, bütövlükdə Avropanı böhrana sürükləməkdədir. Məhz bunun nəticəsidir ki, bu gün Avropada siyasi böhranlar hökm sürməkdədir. 

Amma Avropanın Azərbaycana qarşı siyasi təzyiq cəhdləri davam etdirdiyi məqamda ölkəmiz yeni-yeni uğurlara imza atır. Dekabrın 19-da Azərbaycan Misirin paytaxtı Qahirədə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində D-8- tamhüquqlu üzv qəbul edilib.  D-8-ə üzvlük  Azərbaycana  siyasi, iqtisadi cəhətdən  yeni əməkdaşlıq imkanları ilə yanaşı, beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə, qlobal miqyasda daha ciddi aktor rolunu oynamasına yeni fürsətlər qazandıracaq. D-8-ə üzvlük Azərbaycanın yaratdığı yeni reallıqlara uyğun olaraq qarşısında duran hədəflərə nail olmasında da böyük imkanlar açacaq. Azərbaycanın daha geniş coğrafiyada təsir imkanlarının artmasına gətirib çıxaracaq".

Mürtəza
Ölkə.Az

phrase_var_article.chosen
18
olke.az

1phrase_var_article.sources