Suriyanın şimalında hücuma hazırlaşdığı təsbit edilən 5 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi açıqlanıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Nazirliyin sosial media hesabından edilən açıqlamada bildirilib:
\"Türk Silahlı Qüvvələrimiz terror təşkilatlarına qarşı qabaqlayıcı və dağıdıcı tədbirləri davam etdirir. Əsgərlərimiz Suriyanın şimalında hücuma hazırlaşdığı təyin olunan 5 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Biz terrorun kökündən məhv edilməsi mövzusunda qərarlıyıq\".
Oksana