AZ

"Müsahibəni faydalı və vacib hesab edirəm" - MÜNASİBƏT BİLDİRİLDİ

“Rus jurnalistin Prezident İlham Əliyev ünvanladığı “Rusiyada bu müharibə Ukrayna ilə müharibə kimi deyil, dünyanın yenidən qurulması uğrunda Ukrayna ərazisində Qərblə sivilizasiya döyüşü kimi qəbul edilir, çünki istənilən sülh müharibənin nəticəsidir və əlbəttə, Azərbaycan bunu çox gözəl bilir. Siz Türkiyə ilə müttəfiqlik münasibətlərindən danışırsınız. Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı?” sualı Türkiyə hərbi bazaları ilə yanaşı, həm də Türkiyə- Azərbaycan hərbi müttəfiqlik fonunda Rusiyaya münasibət öyrənilməyib çalışılırdı. Çünki Prezident İlham Əliyevin ondan qabaqkı suala cavabında qeyd etmişdi ki, biz bəlkədə yeganə ölkəyik ki, həm Rusiya ilə, həm də NATO - nun üzvü olan Türkiyə ilə mütəfiqliyimiz var. Yəni burdan da jurnalist çıxış edərək yaxın gələcəkdə ən azı hərbi müstəvidə Rusiya - Azərbaycan münasibətlərini müəyyən etmək üçün belə bir sual verdi ki, "Hərbi bazalar varmı?"”. Bu sözləri SİA-ya açıqlamasında AĞ Partiyasının sədri Tural Abbaslı deyib.

Tural Abbaslı sözlərinə belə davam edib: “Cənab İlham Əliyev də dünyadakı baş verən xaotik mənzərəni nəzərə alaraq düşünürəm ki, bu günki məqam üçün effektiv cavab verdi ki, həm Rusiya siyasi- hərbi elitasını sakitləşdirmək üçün Azərbaycanda Türkiyənin hərbi bazaları olmayacaq. Lakin ardıyca vurğuladı ki, bizim zatən Şuşa bəyannaməmizdə bir- birimizə üçüncü dövlətlərin aqresiyası və hücumu nəticəsində yardım etmək öhdəliyimiz var. Yəni daimi hərbi bazaların mövcudluğuna ehtiyac olmur.

Dolayısıyla qeyd etdi ki, biz Türkiyə ilə müttəfiqlikiliyimizi davam etdirəcəyik. Bizim birgə ordu quruculuğumuzda Türkiyə yardım edib, hətta müharibədə də bu məsələdə Türkiyə ilə müttəfiqliyimiz fayda verdi. Amma eyni zamanda müttəfiqliyini davam etdirəcəyini və Rusiyanın da hətta ondan sonra bir sualı da oldu ki, "Siz yenədə Rusiyadan silah alacaqsızmı?. Çünki, təkcə silah alış- verişi deyil, həm də Rusiya ilə əməkdaşlığın göstəricisidir”. Prezident İlham Əliyevin cavabıda çox diplomatik cavab oldu: " Biz zatən silah almışıq, hətta sifarişlərimiz də var. Sadəcə Rusiya özü də müharibə aparır deyə sifarişləri icra edə bilmir və bizdəndə vaxt istədilər. Bizdə vəziyyəti başa düşərək vaxt verdik. Gələcəkdə də Rusiyadan silah alacıq."

Əslində burda rus jurnalist Türkiyə - Rusiya- Azərbaycan münasibətlərini müəyyənləşdirmək istəyirdi və Prezidentin cavablarında balanslı siyasətin davam edəcəyini, hazırki Qərb- Şərq savaşında olmadığımızı, bizim hər zaman öz maraqlarımız tərəfdən çıxış etdiyimizi və öz maraqlarımız naminə addımlar atacağımızı qeyd etdi. Yəni bir cümlə ilə desək Azərbaycanın maraqları hardadısa bizdə ordayıq. Burda Rusiyaya bir mesaj da vardı ki, yəni siz də Azərbaycanın maraqlarını təmin edən tərəflərdən olun ki, həm də sizlə müttəfiqlik edək. Çünki orda Fransa ilə bağlı sual var idi. Və orda artıq Prezident İlham Əliyevin ikinci cavabı var idi ki, Fransa ilə biz müşahidə missiyasının Ermənistan yerləşdirilməsi üçün razılıq əldə etmişdik, Fransada orda iştirak edirdi. Danışıqlar prosesində bir söz işlətdi ki, biz onda hələ Fransanı prosesdən kənar qoymamışıqdıq. Bu o deməkdir ki, Fransa sonraki addımlarında Azərbaycan maraqlarına zidd olduğu üçün bu gün nə müttəfiqlik edirik, nə də onların proseslərdə iştirakını istəyirik. Həm də bir mənada Rusiyaya mesaj verdi.

Mən müsahibəni ümumi olaraq faydalı və vacib hesab edirəm. Düşünürəmki aidiyyatı dövlətlər və qurumlar tək Rusiyada yox digər ölkələrdə, çünki orda Ermənistana silah satan ölkələrində adları hallandı. Yəni bu məsələdə aidiyyatı qurumlar Azərbaycanın mövqeyini açıq-aşkar görə bilərlər və Azərbaycan üçün düşünürəm ki, hazırda ən uğurlu yol elə bu yoldur”.

Ayşən Vəli

Seçilən
15
sia.az

1Mənbələr