AZ

Məşhur aktrisa dodaq boyasının simasıdır

Məşhur

Hollivudun ulduz aktrisası Ancelina Coli "Tom Ford Beauty" şirkəti tərəfindən istehsal olunan məhsulların yeni gözəllik simasına çevrilib.

Reyting.az
xəbər verir ki, bununla bağlı ilk xəbər "Lischannel"-in rəsmi səhifəsində dərc olunub.

Dünya ulduzu Ancelina Coli yeni brendi, "Tom Ford Runway Lip Color" adlı dodaq boyalarını ictimaiyyətə təqdim edib.

"Tom Ford" moda evi artıq gözəllik simvoluna çevrilən Ancelina Coli ilə dekabr ayından, 2024-cü ildən əməkdaşlığa başladıqlarını elan edib. 49 yaşlı kino ulduzu bu dəfə öncəki dəb kolleksiyasını əvəz edən, yenilənmiş "Runway Lip Color"-un siması olacaq.

"Həmişə bir simvol. Tamamilə yenilənmiş "Tom Ford" reklamında indi biz Ancelina Colini təqdim edirik",- bildirən brend rəsmi sosial media hesablarında böyük təntənə ilə belə bir elan verib. Məşhur fotoqrafiya duetində Mert Alas ilə Markus Piqqottun tərəfindən yaradılan reklam kampaniyası isə çox uğurlu işlər ortaya qoyub. İlk görünüşdə, həmçinin tamamilə effektiv şəkildə məşhur Hollivud aktrisası orijinal formada reklam simasını "gözəl" xarakterizə etməklə, "Scarlet Rouge"-un görünüşünü canlı çalarlarla təsvir edib.



"Tom Ford"-un baş direktoru olan Giyom Geselin sözlərinə görə, hamının çox yaxşı tanıdığı aktrisaya müraciət təsadüfi deyil, çünki Ancelina Coli beynəlxalq şöhrətinə və "qlobal cazibəsinə" görə seçilib. Bu isə təmsilçi kimi onu brend üçün ideal səfirə çevirir.

"Tom Ford Runway Lip Color" pomadalar şəbəkəsindəki məhsullara müxtəlif çalarlı 18 rəng daxildir: bunun 10-u imza brend rəngi, 8-i isə yeni dodaq karandaşı.

Şirkətin məlumatına görə, dodaq boyaları ilə yanaşı, "Runway Lip Pencils" şəbəkə xətti də tezliklə yenilənəcək.

Oqtay QORÇU
phrase_var_article.chosen
13
reyting.az

1phrase_var_article.sources