AZ

Bu ölkədən BRİKS açıqlaması: G20 səviyyəsinə yaxınlaşır

Braziliyanın xarici işlər naziri Mauro Vieyra BRİKS-in G20 formatı səviyyəsinə yaxınlaşdığını bildirib.

Publika.az xəbər verir ki, bu barədə Braziliya Xarici İşlər Nazirliyinin rəhbəri “Estado de Minas” nəşrinə danışıb.

"Yanvarın 1-dən biz BRİKS-ə sədrlik edəcəyik, həmçinin nazirlər səviyyəsində böyük görüşlərimiz olacaq. BRİKS böyük sıxlığa çatıb, təşkilat demək olar ki, G20-yə yaxınlaşır", - Braziliyanın xarici siyasət departamentinin rəhbəri bildirib.

BRİKS 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliya tərəfindən yaradılmış dövlətlərarası birlikdir. Rusiya 2024-cü il yanvarın 1-dən təşkilatın sədri postunu tutur. 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulub.

Seçilən
2
publika.az

1Mənbələr