AZ

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 74-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 74-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.13-1-ci, 15-7.3.3-cü maddələrində, 15-15.3-1-ci maddəsinin birinci cümləsində, 15-15.3-2-ci, 15-17.3-1-ci, 15-19-1.2-ci maddələrində, 15-23-1.1-ci maddəsinin birinci cümləsində, 15-23-1.2-ci, 15-23-2.3-cü maddələrində və 15-26.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 15-15.3-2-ci, 15-17.3-1-ci, 15-19-1.2-ci, 15-23-1.2-ci və 15-23-2.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 1.1.13-1-ci, 15-7.3.3-cü maddələrində, 15-15.3-1-ci və 15-23-1.1-ci maddələrinin birinci cümlələrində, 15-26.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. beş ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

2.1.1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-15.3-2-ci maddəsinə uyğun olaraq, pozitiv siyahıya daxil olan dərman vasitələrinin şərti kompensasiya məbləğinin hesablanması qaydasını;

2.1.2. həmin Qanunun 15-17.3-1-ci maddəsinə uyğun olaraq, dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin xidmətlər zərfinə daxil edilməsi və ya çıxarılması meyarlarını və qaydasını;

2.1.3. həmin Qanunun 15-19-1.2-ci maddəsinə uyğun olaraq, ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilənin nümunəvi formasını;

2.1.4. həmin Qanunun 15-23-1.2-ci maddəsinə uyğun olaraq, dərman vasitəsinin pozitiv siyahıya daxil edilməsi qaydasını və meyarlarını, habelə həmin siyahıdan çıxarılması əsaslarını;

2.1.5. həmin Qanunun 15-23-2.3-cü maddəsinə uyğun olaraq, icbari tibbi sığorta çərçivəsində dərman vasitələrinə əlçatanlığın artırılması və maliyyə risklərinin bölüşdürülməsi haqqında müqavilənin nümunəvi formasını və bağlanılması qaydasını;

2.2. “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 74-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1639 (Cild I) ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bəndə (birinci halda) “tibbi xidmətlərin” sözlərindən sonra “, habelə sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinin” sözləri əlavə edilsin;

3.2. 2-ci hissə üzrə:

3.2.1. 2.1-ci bənddə “baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin” sözləri “xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin, sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinin” sözləri ilə əvəz olunsun və həmin bəndə “xidmətlərə” sözündən sonra “, eləcə də dərman və tibb vasitələrinə” sözləri əlavə edilsin;

3.2.2. 2.2.3-cü yarımbənddə “keyfiyyətinin və” sözləri “keyfiyyətinin, habelə tibbi xidmətlərdən, dərman və tibb vasitələrindən istifadənin” sözləri ilə əvəz edilsin;

3.3. 3-cü hissə üzrə:

3.3.1. 3.1.5-ci yarımbəndə “yüksəldilməsi” sözündən sonra “, habelə dərman və tibb vasitələrindən istifadənin səmərəliliyinin artırılması” sözləri əlavə edilsin;

3.3.2. 3.1.6-cı yarımbəndə “haqqında” sözündən sonra “, habelə aptek təşkilatları ilə ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında” sözləri əlavə edilsin;

3.3.3. 3.1.7-ci yarımbəndə “xidmətlərə” sözündən sonra “, buraxılmış dərman vasitələrinə” sözləri, “müəssisələrinə” sözündən sonra “və aptek təşkilatlarına” sözləri əlavə edilsin;

3.3.4. aşağıdakı məzmunda 3.1.9-2-ci yarımbənd əlavə edilsin:

“3.1.9-2. icbari tibbi sığorta çərçivəsində aptek təşkilatları tərəfindən buraxılan dərman vasitələrinin həcminin və buraxılma şərtlərinin tərəflərlə bağlanılmış müqavilənin şərtlərinə uyğun olmasına nəzarət edir;”;

3.3.5. 3.1.11-ci yarımbəndə “tibb müəssisələrinin” sözlərindən sonra “və aptek təşkilatlarının” sözləri əlavə edilsin;

3.3.6. 3.2.11-ci yarımbəndə “tibb müəssisələri” sözlərindən sonra “, həmçinin aptek təşkilatları” sözləri və “tibbi xidmətlərə” sözlərindən sonra “, habelə buraxılmış dərman vasitələrinə” sözləri əlavə edilsin;

3.3.7. 3.2.13-cü yarımbəndə “keyfiyyətinin” sözündən sonra “, sığortaolunanlara buraxılan dərman vasitələrinin həcminin” sözləri əlavə edilsin;

3.3.8. 3.2.14-cü yarımbəndə “tibb müəssisələrinə” sözlərindən sonra “, habelə sığortaolunanlara buraxılan dərman vasitələri üçün aptek təşkilatlarına” sözləri əlavə edilsin;

3.4. aşağıdakı məzmunda 4.5.16-1-ci yarımbənd əlavə edilsin:

“4.5.16-1. dərman vasitələrinin pozitiv siyahısını və şərti kompensasiya məbləğini müəyyən edir;”.

4. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 92 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 6.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“6.1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.5-ci, 1.1.13-cü, 1.1.13-1-ci, 1.1.14-cü, 15-2.2.1-ci, 15-3.1–15-3.3-cü, 15-4.1.6-cı, 15-5.1.1-ci, 15-6.1–15-6.3-cü, 15-7.1.4-cü, 15-7.3.3-cü, 15-9.1.8-ci, 15-9.1.11-ci maddələrində, 15-9.2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 15-10.1.2-ci, 15-10.2-ci (hər iki halda), 15-11.2–15-11.5-ci, 15-11.7-ci, 15-11.9-cu, 15-13.1-ci, 15-13.2-ci, 15-14-cü, 15-15.1-ci, 15-15.2-ci maddələrində, 15-15.3-1-ci maddəsinin birinci cümləsində, 15-15.3-2-ci, 15-16.1-ci, 15-17.3-cü, 15-17.3-1-ci, 15-17.4-cü, 15-18.2-ci, 15-19-cu, 15-19-1.2-ci, 15-20.1-ci, 15-21.1.3-cü, 15-21.1.4-cü, 15-21.1-1-ci maddələrində, 15-21.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 15-21.5-ci, 15-23.2-ci maddələrində, 15-23-1.1-ci maddəsinin birinci cümləsində, 15-23-1.2-ci, 15-23-2.3-cü, 15-24.1-ci, 15-24.2-ci, 15-25.1-ci maddələrində, 15-26.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 15-26.3-cü və 15-26.4-cü maddələrinin ikinci cümlələrində, 15-27.1-ci, 15-27.2-ci, 16-1.1-ci, 16-1.2-ci maddələrində, 16-3-cü maddəsinin birinci (hər üç halda) və ikinci cümlələrində, 16-4.1-ci və 16-4.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

4.2. 6.3-cü bənddə “15-17.3-cü, 15-17.4-cü, 15-19-cu, 15-21.5-ci, 15-23.2-ci” sözləri “15-15.3-2-ci, 15-17.3-cü, 15-17.3-1-ci, 15-17.4-cü, 15-19-cu, 15-19-1.2-ci, 15-21.5-ci, 15-23.2-ci, 15-23-1.2-ci, 15-23-2.3-cü” sözləri ilə əvəz edilsin;

4.3. 6.12-ci bənd aşağıdakı redaksiyada verilsin:

“6.12. həmin Qanunun 1.1.5-ci, 1.1.13-cü, 1.1.13-1-ci, 15-3.2-ci, 15-3.3-cü, 15-4.1.6-cı, 15-5.1.1-ci, 15-6.1-ci, 15-7.1.4-cü, 15-7.3.3-cü, 15-10.2-ci (ikinci halda), 15-13.1-ci, 15-14-cü maddələrində, 15-15.3-1-ci maddəsinin birinci cümləsində, 15-16.1-ci, 15-18.2-ci, 15-20.1-ci, 15-21.1.3-cü maddələrində, 15-21.3-cü və 15-23-1.1-ci maddələrinin birinci cümlələrində, 15-26.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 15-27.1-ci, 16-1.1-ci və 16-1.2-ci maddələrində “orqan (qurum)” dedikdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;”;

4.4. 6.13-cü bənddə “1.0.14-cü” sözləri “1.1.14-cü” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2024-cü il

phrase_var_article.chosen
7
xalqqazeti.az

1phrase_var_article.sources