AZ

Pol Poqbanın qardaşı 3 illik həbs cəzasına məhkum edildi

Fransalı yarımmüdafiəçi Pol Poqbanın qardaşı, Qvineya yığmasının keçmiş futbolçusu Matias Poqba 3 illik həbs cəzasına məhkum edilib.

Arena.az bu barədə “L’Équipe” nəşrinə istinadən məlumat verir.

Matias Poqba 2022-ci ildə Pol Poqbanın oğurlanmasında iştirak etdiyi üçün məhkum edilib. O, cəza olaraq aldığı 3 illik həbsin 2 ilini şərti olacaq çəkəcək.

Matias Poqba cəzasının qalan hissəsini elektron müşahidə altında ev dustaqlığında çəkəcək.

Vurğulanır ki, Matias Poqbanın vəkili müştərisinin apellyasiya şikayəti verəcəyini bildirib.

Pol Poqbaya qarşı 13 milyon avro məbləğində şantajın əsas təşkilatçısı ən ağır cəzanı alıb: nəzarət altında davamlı olaraq 8 il həbs. Məhkəmə, həmçinin 197 min avro məbləğində iqtisadi ziyanı və 50 min avro məbləğində mənəvi ziyanı tanıyaraq, bütün müttəhimləri (həbs günü orada olmayan Matias Poqba istisna olmaqla) müvafiq məbləği zərərçəkmiş Pol Poqvaya ödəməyə mükəlləf edib.

phrase_var_article.chosen
17
arena.az

1phrase_var_article.sources