AZ

Peruda 27 yeni heyvan növü aşkar edilib

Peru Amazonlarında 27 yeni növ, o cümlədən pəri ayaqlı amfibiya siçanları, kəpənəklər və balıqlar aşkar edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, 2022-ci ilin iyun-iyul aylarında tədqiqatçılar Perunun Alto Mayo bölgəsindəki Amazon meşələrinə 38 günlük ekspedisiya təşkil ediblər.

Ekspedisiyaya rəhbərlik edən və "Conservation International"ın Biomüxtəliflik və Ekosistem Elmi üzrə Baş Direktoru Trond Larsen 4 məməli, 8 balıq, 3 amfibiya və 10 kəpənək olmaqla 27 yeni növ kəşf etdiklərini bildirib.

Aşkar edilən canlılar arasında quruda uzun müddət yaşaya bilən bataqlıq balığı və zirehli yayın balığı da var.

Araşdırma çərçivəsində tapılan 48 növün yeni növ olub-olmadığını müəyyən etmək üçün analizlərin davam etdiyi bildirilib.

Digər tərəfdən, Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) qırmızı siyahısında olan və nəsli kəsilməkdə olan 49 növ də tədqiqat çərçivəsində sənədləşdirilib.

Şəbnəm Mehdizadə
phrase_var_article.chosen
6
1
e-huquq.az

3phrase_var_article.sources