“Məhkəmə-Hüquq Şurası artıq bütün istiqamətlərdə çoxşaxəli və konstruktiv islahatlar aparmaqdadır”.
E-huquq.az xəbər verir ki, bunu Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov bildirib.
O qeyd edib ki,islahatlar həm hakimlərin qəbulu, qiymətləndirilməsi, həm də hakimlərin hesabatlılığı, məsuliyyətliliyi və ən önəmlisi hakimlərin müstəqilliyinin təminatı istiqamətində aparılır. Bunlarla yanaşı, Şura beynəlxalq əlaqələrin daha da təkmilləşdirilməsi, ədalət mühakiməsinin nüfuzunun artırılması istiqamətində də zəruri addımlar atır.
Daha ətraflı aşağıdakı videodan izləyə bilərsiniz.