AZ

Avropa Komissiyasından təklif – Gürcüstanın bu şəxsləri üçün vizasız rejim dayandırılsın

Avropa Komissiyası Avropa İttifaqı Şurasına Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimin dayandırılması təklifi ilə müraciət edib.

Teleqraf.com xəbər verir ki, təklifin qəbul olunacağı halda diplomatlar, məmurlar və onların ailə üzvləri Aİ ölkələrinə yalnız viza ilə 180 gün ərzində 90 günədək qısamüddətli səfər edə biləcəklər.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen “X” hesabında qeyd olunan təklifin bu gün təqdim edildiyini bildirib.

“Rəhbərliyə mesajımız aydındır: Xalqınıza zərər verməyin”, - o yazıb.

Xatırladaq ki, dekabrın 16-da Aİ Xarici İşlər Nazirləri Şurasının toplantısında Gürcütanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılmasının zəruriliyi barədə razılıq əldə olunub. Macarıstan və Slovakiya qərara qarşı çıxıb.

Qeyd edək ki, Gürcüstan və Aİ arasında vizasız gediş-gəliş rejimi 2017-ci ilin martın 28-dən qüvvədədir.


Müəllif: Cəmilə Babayeva
Seçilən
5
teleqraf.com

1Mənbələr