AZ

Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək

2025-ci ilin fevralın 3-də Avropa İttifaqı qeyri rəsmi formatda müdafiə sammiti keçirməyi planlaşdırır. Bunu Avropa Şurasının rəhbəri Antonio Kosta Aİ sammitindən sonra keçirilən mətbuat konfransında bildirib. 
 
"Fevralın 3-də biz müdafiə məsələləri ilə bağlı qeyri-rəsmi görüş keçirəcəyik "-Kosta deyib.

Dekabrın 19-da Brüsseldə Avropa İttifaqı ölkələrinin liderlərinin sammiti baş tutub.
 
Sammitdə Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Parlamentinin sədri Roberta Metsola və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas iştirak ediblər.

Sammit zamanı dekabrın 1-də vəzifəsinin icrasına başlayan Avropa Şurasının yeni rəhbəri Antonio Kosta Ukrayna Prezidenti Vladimir Zelenski ilə birlikdə mətbuata birgə bəyanatla çıxış edib.

Avropa Şurası Ukrayna və onun xalqına siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstəyin davam etdirilməsinə sarsılmaz sadiqliyini təsdiqləyib.

Aytac 

www.anews.az
phrase_var_article.chosen
0
anews.az

1phrase_var_article.sources