AZ

“ABŞ və Britaniyanın sanksiya tətbiq etdiyi DİN əməkdaşlarına “Şərəf” ordeni veriləcək” - Kobaxidze

ABŞ və Böyük Britaniyanın sanksiya tətbiq etdiyi Gürcüstan daxili işlər nazirliyinin əməkdaşlarına “Şərəf” ordeni veriləcək.

Missiya.Az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.

O, Gürcüstan Prezidentinin andiçmə mərasimindən sonra daxili işlər naziri Vaxtanq Qomelauri də daxil olmaqla Gürcüstan DİN-in sanksiya tətbiq edilən bütün əməkdaşlarına, ümumilikdə isə 11 yüksək rütbəli rəsmisinə “Şərəf” ordeni veriləcəyini bildirib.

Qeyd edək ki, ABŞ və Böyük Britaniya Tbilisidə keçirilən aksiyalar zamanı polisi etirazçılara fiziki güc tətbiq etməkdə ittiham edir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
9
5
missiya.az

6Mənbələr