Bakı. Trend:
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Prezidentiİlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Trend xəbərverir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoşarzularımı qəbul edin.
Azərbaycan bu gün Sizin rəhbərliyinizlə dövlətçiliyinmöhkəmləndirilməsi və sosial-iqtisadi inkişaf yolunda inamlairəliləyir.
Əminəm ki, bərabərlik, qarşılıqlı hörmət və etimad prinsiplərinəəsaslanan Türkmənistan-Azərbaycan ənənəvi dostluq münasibətlərixalqlarımızın rifahı naminə gələcəkdə də inkişaf edəcək vəmöhkəmlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərəkSizə səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, qardaşAzərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqiarzulayıram".