Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Mirqurbanlı və Astanlı kəndlərinin sakinləri ilə səyyar görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.
Həsənəbad qəsəbə və Aşağı Qaramanlı inzibati ərazi dairəsi üzrə Nümayəndələri çıxış edərək kəndlər haqqında görüş iştirakçılarına geniş məlumat verib.
Çıxış edənlər “Təmiz ekoloji mühit sağlam həyat deməkdir” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar.
Çıxışçılar ekoloji təmizliyə riayət edib, havanın, suyun çirklənməsinin qarşısını almaq, məişət tullantılarının daşınması, yandırılması işində müəyyən olunn qaydalara riayət etmək haqqında iştirakçılara geniş məlumat veriblər.
Neftçala RİH-in başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Azərbaycanın inkişaf strategiyasının prioritet istiqamətlərindən biri, təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və vətəndaşların ən yüksək səviyyədə sağlam təbii mühitdə yaşamasını təmin etməkdir.
Əsası Ulu Öndər tərəfindən qoyulan “Ətraf mühitin mühafizəsi” strategiyası Ulu Öndər siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə “2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan olunması bunun bariz nümunəsi və təsdiqidir. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına, nəticə etibarı ilə ekologiyanın mühafizəsinə dair milli proqramların yerinə yetirildiyi də günümüzün reallığıdır.
Heydər Əliyev Fondunun “Hərəmiz bir ağac əkək” layihəsinin də bu sahəyə böyük töhfələr verdiyi göz önündədir və təbii ki, bu layihə ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edir. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılıb və bu işlər müvəffəqiyyətlə davam etdirilir.
RİH-in başçısı Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Xalq və dövlət birliyi nəticəsində torpaqlarımız düşmən işğalından azad olundu və xalqımız bir daha sübut etdiki öz Müzəffər Ali Baş Komandanının ətrafında sıx birləşib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi, konkret tövsiyə və tapşırıqlarını verib, Azərbaycan xalqının haqqının özünə qaytarılması və tarixi ədalətin bərpa olunması, Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi bu mövqe həm tarixçilər, həm də hüquqşünaslar qarşısında ciddi vəzifələr qoyub.
Neftçala RİH-in başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar daxili yolların təmir olunması, içməli su ilə təmin olunma, kənddaxili yolların təmir olunması, kollektorun təmizlənməsi və digər məsələlər ilə əlaqədar müraciətlərini səsləndiriblər. Vətəndaşların səsləndirdikləri müraciətlər ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə olunub və həllinin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.