AZ

AYNA-dan Dj Turala cavab- Yolda artıq qalan boş hissə nə üçündür? - VİDEO

Paytaxtın nəqliyyat infrastrukturunda vaxtaşırı edilən dəyişikliklər bəzi hallarda sürücülərdə, həmçinin hərəkətin digər iştirakçılarında çaşqınlığa səbəb olur. 

Avtosfer.az xəbər verir ki, radioaparıcı Tural Yusifov (Dj Tural) Nəsimi rayonunda analoji faktla bağlı sosial şəbəkədə paylaşım edib. Bildirib ki, Mirzəağa Əliyev küçəsində edilən dəyişikliklərdən sonra yoldakı zolaqlarda müəmma yaranıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Avtosfer.az-a bildirilib ki, mübahisəli zolaq məhz piyadaların rahatlığı və təhlükəsizliyi üçün yaradılıb: “Həmin küçədə aparılan yenidənqurma işlərindən sonra asfalt örtüyü yenilənib. Bundan sonra AYNA tərəfindən küçədə hərəkət zolaqları yenidən təşkil olunub. Yolda avtomobillər üçün hərəkət zolaqlarının sayının eyni saxlanılması təmin edilib.

Həmin hissənin gələcəkdə piyadalar üçün səki olaraq dəyişdirilməsi ilə bağlı səlahiyyətli quruma müraciət edilib. Piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə mikromobillik zolağı birbaşa yolun kənarı ilə deyil, piyadaların hərəkəti üçün yer saxlanılmaqla təşkil edilib. Qeyd olunan hissənin həndəsi ölçüləri hərəkət zolağı və ya parklanma yeri kimi istifadəsinə imkan vermir".

Seçilən
39
50
avtosfer.az

10Mənbələr