Türkiyənin “Qalatasaray” klubunun ulduz futbolçusu Hakim Ziyeç komandadan ayrıla bilər.
“Cebheinfo.az” xəbər verir ki, Portuqaliyanın “Benfika” klubu mərakeşli futbolçu ilə maraqlanır.
Portuqaliya təmsilçisi Kərəm Aktürkoğlunun ardından indi də “Cim-Bom”dan Ziyeçi heyətinə qatmaq istəyir. Son günlər komandada baş məşqçi Okan Buruk daxil olmaqla bir çox şəxslə problem yaşayan futbolçunun da yanvar ayında ayrılmaq istədiyi deyilir.
Qeyd edək ki, Hakim Ziyeç “Qalatasaray”da meydana çıxdığı 38 matçda 8 qol vurub, 5 məhsuldar ötürmə edib.