Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib.
Banker.az xəbər verir ki, yeni təyin edilən müşavir Elvin Məmmədovdur.
Elvin Məmmədov 2022-ci ilin avqustundan indiyə kimi Cyberpoint şirkətində Maliyyə departamentinin rəhbəri, 2019-2022-ci illərdə isə ?Yalama Agropark? MMC-də baş maliyyə inzibatçısı kimi çalışıb.
O, Azərbaycan Dövlət İqtisad Universitetində həm Beynəlxalq Biznes/Ticarət/Kommersiya üzrə bakalavr dərəcəsinə, həm də mühasibat və maliyyə üzrə isə magistr dərəcəsinə yiyələnib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb.