AZ

Almaniya XİN: Suriyada sülh hələ çox uzaqdadır

Almaniyanın xarici işlər naziri Annalena Baerbok bu gün Türkiyəyə səfərindən əvvəl Suriya ilə bağlı 8 maddəlik plan təklifini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Baerbok bu gün Türkiyəyə səfəri öncəsi açıqlama verib.

Nazir son zamanlar dünyanın gözünün Suriyada olduğunu ifadə edərək, “İllərdir bitməyən vətəndaş müharibəsinin sonunda Suriyada yaşayan qadınlar və kişilər üçün nəhayət təhlükəsizlik içində birlikdə yaşamaq ümidi yenidən çiçəkləndi. Qatil Əsədin qaçmasından sonra Dəməşq, Hələb və Homsda minlərlə insan küçələrdə rəqs edərkən, Kobanidə insanlar yenidən nəfəslərini tutublar. Onlar yeni zorakılıqdan qorxurlar. Bu bizə onu göstərir ki, sülhə qədər hələ çox yol var. Suriyanın gələcəyi hələ də ipdən asılı vəziyyətdədir" deyib.

Aytən Yaşar/ Turkustan.az

phrase_var_article.chosen
22
turkustan.az

1phrase_var_article.sources