AZ

Makron Bayrunu baş nazir təyin etmək istəmirdi - SƏBƏB

Fransanın Baş naziri Fransua Bayru “Le Point” jurnalına müsahibəsində bildirib ki, Fransa Respublikasının Prezidenti Emmanuel Makron Bayrunun prezident olmaq istəyinə görə əvvəlcə onu baş nazir təyin etmək istəməyib.


Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Baş nazirin sözlərinə görə, o, dekabrın 13-də Yelisey sarayında görüşə dəvət olunanda Emmanuel Makronun bu vəzifəyə təyin olunduğunu elan edəcəyinə əmin olub. Lakin Prezident bunu edə bilməyəcəyini bildirib.

“Mən sizi təyin etməyəcəyəm və səbəbini izah edəcəyəm. Mənə nə parlaq, nə də Prezident seçkilərində iştirak etmək istəyən biri lazım deyil”, - Bayru Makronun sitatını gətirib. 

Bundan sonra siyasətçi belə qənaətə gəlib ki, Prezident Fransa Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornunu seçəcək. Lakin Bayru onu daxili siyasi böhranla mübarizə üçün uyğun variant hesab etmirdi.

Bayrunun sözlərinə görə, sonda o, baş nazir vəzifəsinə “öz xatirinə deyil, siyasi böhran və keçmiş baş nazir Mişel Barnierin sürətlə istefası onun güclü şəxsiyyətlə əvəzlənməsini tələb etdiyi üçün” razılaşıb.

Xatırladaq ki, Makron dekabrın 13-də Bayranı Baş nazir təyin edib.

Seçilən
31
1
manset.az

2Mənbələr