“Sara Vaqenxnet Alyans”ın (BSW) həmtəsisçisi Sara Vaqenknext Rusiya lideri Vladimir Putini “cinayətkar” adlandırıb. “Spiegel”ə görə, siyasətçi Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsi ilə əlaqədar Rusiya diktatorundan uzaqlaşıb.
“Mən bu müharibəni pisləyirəm. Müharibələrə başlayan siyasətçiləri – və bu, Vladimir Putinə də aiddir – cinayətkar hesab edirəm”, – Vaqenknext bildirib.
Bununla belə, o, iyun ayında Ukrayna prezidenti Vladimir Zelenskinin çıxışı zamanı Bundestaqı partiyası ilə birlikdə tərk etmək qərarını müdafiə edib. Siyasətçinin sözlərinə görə, o zaman debat şansı yox idi, lakin Zelenskinin Rusiya nüvə qüvvələrinə pilotsuz təyyarələrlə hücum əmri fonunda “ayaqlı alqış” planlaşdırılmışdı. Vaqenknext bunu “çox məsuliyyətsiz” hərəkət adlandırıb.
//Samir Qurbanov, Editor.az